SON XƏBƏRLƏR

“İran hakimiyyəti vətəndaşlarından intiqam almağı artırıb.”- BMT

2023.09.15, 11:25
“İran hakimiyyəti vətəndaşlarından intiqam almağı artırıb.”- BMT

BMT-nin Gerçəkliyi Öyrənmə Missiyası İran hakimiyyətinin öz vətəndaşlarından intiqam almağı artırdığını, habelə məlumat almaq üçün bu qurumun tələblərini cavablandırmadığını bildirib.

Gunaz.tv

Missiya nəşr etdiyi bəyanatında nümayişçilərə, qadınlara və nümayiş qurbanlarının ailələrinə təzyiqin artdığına toxunub.
 

“İran hökuməti aqresiv və lazım olmayan güc tətbiqi  ilə hələ də öz başına saxlamaları, ədalətsiz məhkəmələr keçirməyi, habelə qanunlara sığmayan edamlar və nümayiş qurbanları ailələrinə təzyiqləri davam etdirir. Həmçinin missiyanın məlumat almaq üçün tələbləri və suallarını cavablandırmır.”- deyə Missiya öz bəyanatında vurğulayıb.
 

“İran nümayiş qurbanları ailələrinin ədalət tələbinin təmini üzrə öhdəliklərini həyata keçirmək əvəzinə bundan imtina edir və vətəndaşlarına qarşı basqıları, əvəzaçma hərəkətlərini davam etdirir.”-deyə Missiyanın sədri Sara hüseyn bu barədə qeyd edib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar