SON XƏBƏRLƏR

Müəllimlərin işdən qovulması siyasi hərəkətdir

2023.09.15, 12:29
Müəllimlərin işdən qovulması siyasi hərəkətdir

İran parlamentinin islahatçı üzvü Cəlil Rəhimi Cahanabadi müəllimlərin Universitet və məktəblərdən qovulmasının siyasi mahiyyət daşıdığını deyib.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

"Hamımız bilirik ki, bu siyasi məqsədlərlə həyata keçirilir və müəllimləri işdən çıxarmaq üçün çox sayda bəhanələr uydurulur",- millət vəkili bildirib.

Qeyd edək ki, müəllimlərin işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar