SON XƏBƏRLƏR

İran Nüvə Enerjisi Agentliyi müfəttişlərinin lisenziyasını ləğv edib

2023.09.18, 15:40
İran Nüvə Enerjisi Agentliyi müfəttişlərinin lisenziyasını ləğv edib

İran Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin bir sıra müfəttişlərinin lisenziyalarını ləğv edilməsini qərara alıb.

Gunaz.tv

Bu qərar Agentliyin baş katibi və Avropa İttifaqı tərəfindən sərt tənqid edilib. İttifaq qərarın müfəttişlərin gerçəkliyi yoxlama imkanlarına təsir edəcəyinə görə bu barədə nigaran qaldığını bildirib.

Fransanın xəbər agentliyinin məlumatına istinadən İttifaqın xarici siyasət üzrə sözçüsü Piter Stano İranı həmin qərara “təcili yenidən baxmasına” çağırıb. 

Həmçinin,  Agentliyin baş katibi Rafael Qrosi müfəttişlərin lisenziyalarının ləğv edilməsini qınayaraq bu hərəkətin “uyğun olmayan, gözələnilməz olaraq birtərəfli” və İranla Agentliyin əməkdaşlıq etmələrinə zidd olduğunu deyib. 

Qrosi lisenziyaları ləğv olumnanların uran zənginləşdirilməsi üzrə ən təcrübəli və bacarıqlı müfəttişlərdir deyə vuğulayıb. 

Fransanın xəbər agentliyi adlarını açıqlamadığı iranlı qaynaqlara və bir Qərb diplomatına istinadən lisenziyaları ləğv olunmuş müfəttişlərin sayının 8 nəfər Almaniya  və Fransa vətəndaşları olduğunu bildirib. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar