SON XƏBƏRLƏR

Erməni təxribat-diversiya qrupu Xocavənddə DİN əməkdaşlarına qarşı terror aktı törədib

2023.09.19, 11:23
Erməni təxribat-diversiya qrupu Xocavənddə DİN əməkdaşlarına qarşı terror aktı törədib

Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına qarşı törətdiyi terror aktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Gunaz.tv

Məlumatda bildirilir ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda   sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin yerləşdirdiyi minaya düşərək partllayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları-  Camalzadə Asim Knyaz oğlu,  Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu və Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. Qeyd edək ki, DİN əməkdaşlatının olduğu "Kamaz" markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən minaya düşüblər. 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində  cinayət işi başlanıb.

Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişat barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar