SON XƏBƏRLƏR

Amerikalı senatorlar İranda girov götürülənlərin azad olmalarını alqışlayıblar

2023.09.19, 13:17
Amerikalı senatorlar İranda girov götürülənlərin azad olmalarını alqışlayıblar

Amerikanın 3 senatoru- Mişel MəkKaul, Ben Kardin və Kris Mofri bəyanatla çıxşı edərək 5 Amerika vətəndaşının azad olunduqlarını alqışlayıblar.

Gunaz.tv

Lakin onlar həmçinin İranın gələcəkdə insanları girov götürməyə davam edə biləcəyindən nigaran qaldıqlarını ifadə ediblər.

“Bu şəxslərin azad olunması üçün 6 milyar dollar vəsaitin azad edilməsi İranın gələcəkdə insanalrı girov götürməsi üçün motivasiyaya çevrilə bilər.

Dövlət bu vəsaitin humanitar alış-verişlər üçün xərclənəcəyinin iddia etsə də,  hamınız bilirik ki, valyuta dəyişdirilə bildiyindən alış-verişlərə nzəarət çətindir. Bu vəsaitin İranın pisniyyətli fəaliyyətlərinə xərclənəcəyinə şöbhə yoxdur.”-deyə Senator MəkKal vurğulayıb. 

“Konqres azad olunmuş məbləğlərə nəzarət edəcək. Bayden amerikalıları üstün tutdu”-deyə Senator Ben Kardin qeyd edib.

Xatırladaq ki, Amerika dövləti bildirib ki, İran həmin məbləğlərin xərclənəcəyi məqsədini dəyişdirmək istəsə, onları yenə zəbt etmək üçün  hərəkətə keçəcək.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar