SON XƏBƏRLƏR

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

2023.09.19, 16:19
ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. O, bu barədə “X” hesabında yazıb.

Gunaz.tv

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyəm və diplomatik əlaqələri davam etdirmək, davamlı sülh istiqamətində səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm”,- paylaşımda qeyd olunub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar