SON XƏBƏRLƏR

Konstitusiya quruluşu tam bərpa ediləcək - XİN

2023.09.19, 20:31
Konstitusiya quruluşu tam bərpa ediləcək - XİN

Azərbaycan bütün sakinlərini, o cümlədən erməni əsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir.

Gunaz.tv

Bu barədə Azərbaycan XİN-in Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkənin Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri ilə bağlı bəyanatının şərhində deyilir.

"Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib.

Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir", - şərhdə bildirilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar