SON XƏBƏRLƏR

Ermənistanda baş verən aksiyada 36 nəfər yaralanıb

2023.09.20, 12:27
Ermənistanda baş verən aksiyada 36 nəfər yaralanıb

Ermənistanda hökumət binası yaxınlığında polislə aksiya iştirakçıları arasında baş verən qarşıdurma nəticəsində xəsarət alan ermənilərin sayı 36-ya çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gunaz.tv

Bildirilir ki, 33 zərərçəkmişə lazımi tibbi yardım göstərilərək evə buraxılıb. Üç nəfərin stasionar müalicəsi davam edir, ikisi həkim nəzarətindədir.

Xatırladaq ki, sentyabrın 19-da Ermənistanda hökumət binası qarşısında hakimiyyətin dəyişdirilməsi və Nazirlər Kabineti rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları başlayıb.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar