SON XƏBƏRLƏR

İran ilə Rusiya hərbi əlaqələrini gücləndirir

2023.09.20, 15:00
İran ilə Rusiya hərbi əlaqələrini gücləndirir

“Tehran ilə Moskva hərbi və texniki əməkdaşlıqlarını çoxmüddətli memorandum hüdudlarında gücləndirmək istəyir”. Bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqiri deyib.

Gunaz.tv

Xatırladaq ki, İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqirinin dəvəti ilə  Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrın 19-da yüksək vəzifəli hərbi heyətlə Tehrana səfər edib. 
Baqiri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə iki ölkənin əlaqələrinin “inkişaf və genişlənmə istiqamətində” olduğunu qeyd edib.
“İki ölkənin rəhbərlərinın qərarına əsasən İran ilə Rusiya arasında çoxmüddətli əməkdaşlıqlar sənədi tezliklə yekunlaşacaq. Sənədin hərbi və müdafiə cəhətləri var.”-deyə Baqiri elan edib.
“Gələn ilin fervral ayında keçirilməsi qərara alınmış İran ilə Rusiyanın hərbi təlimləri, iki ölkənin hərbi əlaqələrini gücləndimək məqsədi daşıyır. Həmçinin ölkələrimizin dəniz qüvvələrinin də əməkdaşlıqlarının yüksəldilməsi vacibdir.” Baqiri Şoyqu ilə Tehranda görüşündə deyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar