Ermənistan müxalifəti bu gün saat 19:00-da İravanda kütləvi aksiya keçirməyi planlaşdırır. Azvision.az saytının yazdığına görə, bu barədə məlumatı “Anamız Ermənistan” partiyasının sədri Andronik Tevonyan verib. O bildirib: “Aksiya çox kütləvi olmalıdır ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti istefaya göndərək və yeni hökumət formalaşdıraq”.