SON XƏBƏRLƏR

Rusiya İranın PUA-larını gücləndirir

2023.09.21, 12:40
Rusiya İranın PUA-larını gücləndirir

Amerikanın Orta Şərqdə hava qüvvələrinin komandiri İran ilə Rusiyanın hərbi əlaqələrinin inkişafı barədə xəbərdarlıq edib.

Gunaz.tv

“Moskvanın Ukrayna müharibəsində istifadə etdiyi İranın PUA-ları Rusiya tərəfindən gəlişdirilir. Həmin PUA-lar Bəşər Əsədi dəstəkləmək üçün də Tehran tərəfindən istifadə olunacağını düşünürəm.” General Eleksus Qrinviç Abu-Dabida jurnalistlərə  müsahibədə deyib.

“Məncə PUA-ları gəlişdirmə texnologiyası İranla paylaşıla və bununla da onlara daha çox qabiliyyətlər artırıla bilər. Bunun nəticələrinin Suriyada müşahidə olunacağı ehtimalı var. 

Mən Rusiya ilə İranın Suriyada işbirliyi və əməkdaşlıqlarını düşünürəm. Biz bu məsələni izləyirik və artmaqda olan belə bir əməkdaşlıq bizim üçün hərbi nigarnaçılıq doğurur.”-deyə general Qrinviç müsahibəsinin davamında qeyd edib.

Xatırladaq ki, Suriyanın diktator prezidenti Bəşər Əsəd ölkədaxili müharibədə itirdiyi bölgələrin çoxunu Tehran ilə Moskvanın onu iqtisadi və siyasi dəstəkləmələri ilə geri qaytara bilib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar