SON XƏBƏRLƏR

İranda təhsil ləvazimatının qiyməti yüzdə 50 fiaz artıb

2023.09.21, 13:29
İranda təhsil ləvazimatının qiyməti yüzdə 50 fiaz artıb

İranın məktəbləri təhsil ləvazimatı qiymətlərinin yüzdə 50 fiaz artdığı bir vəziyyətdə qarşıdakı günlərdə şagirləri qəbul edəcək.

Gunaz.tv

İranın Ticarət Nyuz saytı sentyabrın 20-də “Sərmayə” Rəy Sorğusu Mərkəzinin keçirdiyi ictimai rəy sorğusuna istinadən, hələ digər təhsil xərclərinin yüksəldiyini çıxmaq şərti ilə, ancaq dəftərxana ləvazimatının yüzdə 50 faiz artdığını yazıb.

Sorğuya əsasən, bəlli olub ki, ailələrin yüzdə 60 faizi övladları üçün təhsil haqqı ödəyir. Məktəblərdə pullu miniavtobus xidəmtinin qiyməti ötən illə müqayisədə  50 faiz  artdığından,  şagirdlərin yüzdə 53 faizi məktəbə piyada getməli olub. 

Təhsil xərclərinin artmasının nəticəsində şagirdlərin təhsildən yayınma halları olur. 

Sayt bildirib ki, xalq cari ildə təhsil ləvazimatının baş gicəlləndirici qiymətləri ilə qarşılaşarkən çarəsiz qalıb ancaq 1-2 növ ləvazimat ala bilir. 

“Bazarda təhsil lavazimatları yüzdə 50 faiz artıb. Bu vəziyyət ötən illə müqayisədə yaxşı deyil və xalqın alış gücü çox azalıb.”-deyə “Cahan Sənət” qəzeti Həmədan Əyaləti Dəftəxana Ləvazimatı Həmkarlar İtifaqının sədrindən stat gətirərək yazıb.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar