SON XƏBƏRLƏR

"Qarabağ Azərbaycanın torpağıdır"- Pakistan

2023.09.21, 14:45
"Qarabağ Azərbaycanın torpağıdır"- Pakistan

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Bəluç Pakistan dövlətinin mövqeyi olaraq Qarabağın Azərbaycanın torpaqları olduğunu dəstəkləyib.

Gunaz.tv

Mümtaz Bəluç paytaxt İslamabadda ənənəvi  keçirdiyi xəbərtoplantısında Azərbaycanın hakimiyyəti və ərzai bütövlüyünün Pakistan tərəfindən dəstəkləndiyini bir daha vurğulayıb.

“Qarbağı Azərbaycanın hakimiyyəti hüdudlarında tanıyırıq. Bu məsələ tamamilə beynəlxalq qanunlara, həmçinin BMT-nin Təhlükəsizlik Şurası və İslami Əməkdaşlıq Şurasının qətnamələrinə uzlaşır.” -deyə Pakistanın XİN-nin sözçüsü Bəluç xanım vurğulayıb.

Xatırladaq ki, Pakistan dəfələrlə Azərbaycanın yanında olduğunu və hətta Qarabağda mühribə olarsa, qardaş Türkiyədən öncə Azərbaycanı müdafiə edəcəyini elan edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar