SON XƏBƏRLƏR

İrəvanda etirazlar davam edir

2023.09.22, 10:41
İrəvanda etirazlar davam edir

Ermənistanda gərgin vəziyyət davam edir. İrəvan küçələrinə axışan qəzəbli kütlə yolları bağlayır, hakimiyyət əleyhinə sərt şüarlar səsləndirirlər.

Gunaz.tv

"Sputnik Armenia”nın yazdığına görə, Ermənistan polisi “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

O, bir qrup fəalla Saryan küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Bir neçə dəqiqədən sonra əraziyə  polis gəlib, Tevanyanı və bir neçə tərəfdarını polis bölməsinə aparıb.

Şəhərin Andranik Marqaryan adına məktəbinin də bir qrup şagirdi dərsi tərk edərək aksiyaya qoşulub.

Vətəndaş itaətsizliyi aksiyaları səhər tezdən başlayıb. Fəallar bir neçə küçəni bağlayıblar. Bundan əvvəl İrəvanın Respublika meydanında çoxsaylı polis əməkdaşları yerləşdirilib və onlar hökumət binasının qarşısında canlı divar yaradıblar.

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar