SON XƏBƏRLƏR

Rəisi ermənilərə görə taleyindən nigəran olduğunu dedi

2023.09.22, 13:01
Rəisi ermənilərə görə taleyindən nigəran olduğunu dedi

İran prezidenti İbrahim Rəisi Azərbaycan ordusunun Qarabağ bəlgəsində qanunsuz silahlı qruplaşmalara qarşı keçirdiyi anti-terror tədbirləri barədə fikirlərini bölüşüb.

Gunaz.tv

O, bu barədə sentyabrın 22-də İran silahlı qüvvələrinin paradındakı çıxışı zamanı danışıb.

"Qarabağ Azərbaycan torpağıdır, ancaq orada yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyinə təkid edirik",- Rəisi ernənilərin taleyindən nigəran olduğunu deyib.

Prezident İran rəsmilərinin sərhədlərdə dəyişiklik edilməsinə qarşı olduqları barədə fikirlərini yenidən təkrar edib.

"Bölgədəki ermənilərin hüquqlarına hörmətlə yanaşılmalı, sərhədlərin vəziyyəti dəyişdirilməməlidir",- o, qeyd edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar