SON XƏBƏRLƏR

Netanyahu: İranın nüvə silahı əldə etməsinə qarşı vədlərimizə sadiqik

2023.09.22, 15:23
Netanyahu: İranın nüvə silahı əldə etməsinə qarşı vədlərimizə sadiqik

İsrailin baş naziri Benyamin Netanyahu bir daha İranın nüvə silahına yiyələnməsinin və başqa dağıdıcı əməllərinin qarşısının alınması barədə verdiyi sözlərə sadiq olduğunu deyib.

Gunaz.tv

Bu barədə yerli mediaya açıqlamasında bildirib.

"Ayətullahların nüvə silahı əldə etmə cəhdləri, onların bölgə və dünyada təhlükəsizliyə xələl gətirmək səylərinin qarşısını almaq İsrail və ABŞ-ın ortaq hədəfidir",- baş nazir vurğulayıb.

Bütün mədəni ölkələrin İranın hərəkətlərindən narahat olduğunu deyən Netanyahu gələcəkdə iranlıların İsrailin tərəfdaşı olacaqlarını söyləyib.

O, jurnalistlərin İsrailin İrana hücum edib-etməyəcəyi barədə suallarını cavablandırmayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar