SON XƏBƏRLƏR

İqtisadiyyat Sərbəstliyi üzrə İranın beynəlxalq yeri açıqlanıb

2023.09.22, 15:53
İqtisadiyyat Sərbəstliyi üzrə İranın beynəlxalq yeri açıqlanıb

Fraser Müəssisəsinin İqtisadiyyat Sərbəstliyi İndikatoruna əsasən İran 165 ölkə sırasında 160-cı yeri tutur.

Gunaz.tv

İnstitutun yenicə nəşr etdiyi həmin indikatora əsasən İran iqtisadiyyat sərbəstliyi üzrə Liviya kimi ən sonuncu 10 ölkə sırasında qərarlaşıb.

Müəssisə İran üzrə İqtisadiyyat Sərbəstliyi rəqəminin 4.53 olduğunu elan edib. Bu isə ötən ilki 4.58 rəqəmi ilə müqayisədə azca enmə deməkdir. 

Qurumun datalarına əsasən İranın “Dövlət Ölçüsü”, “Hüquqi Sistem və Mülkiyyət Hüququ”, “Qanunvericilik” və “Pul Gücü” üzrə indikatoru enib. 

Qeyd edək ki, İran ötən il də ən sonuncu ölkələr sırasında yerləşib. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar