SON XƏBƏRLƏR

Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər

2023.09.25, 10:26
Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib. Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

Gunaz.tv

“Görüş zamanı 2022-ci il iyulun 22-də Ukrayna ərzaq məhsullarının ixracı ilə bağlı Qara dəniz təşəbbüsünün dayandırılmasından sonra bağlanmış İstanbul sazişləri ilə bağlı vəziyyət ətraflı müzakirə edilib. 

Bundan əlavə, Qarabağda baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetirilib”, - məlumatda qeyd olunub.

Hər iki tərəf “qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.

Həmçinin,  regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığı qeyd edilib. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar