Kreml Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda keçiriləcək görüşünə münasibət bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşlərinin Qarabağda təhlükəsizliyin təmin edilməsinə və həyatın normallaşmasına yardımçı olacağına ümid etdiyini söyləyib.