SON XƏBƏRLƏR

İran İsraillə ərəb ölkələrinin yaxınlaşmasından narahatdır

2023.09.25, 16:04
İran İsraillə ərəb ölkələrinin yaxınlaşmasından narahatdır

İran iddialarının əksinə olaraq, bölgədə sülh və sabitliyin qurulmasına, ölkələrin münasibətlərinin yaxşılaşmasına mane olmaqda davam edir.

Gunaz.tv

İran prezidenti İbrahim Rəisi İsrailin bölgədəki ərəb ölkələri, o cümlədən, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərinin baş tutmayacağını deyib.

O, bu barədə sentyabrın 25-də CNN telekanalına müsahibəsində söyləyib.

Rəisi, İranın Təl-Əvivlə ərəb ölkələrinin münasibətlərinin yaxşılaşdırılmasının əleyhinə olduğunu bildirib.

Rəisinin bu çıxışı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və İsrailin Baş naziri Benyamin Netanyahunun iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesinin davam etməsi ilə bağlı bəyanatlarından iki gün sonraya təsadüf edir.

İsrail və Səudiyyə Ərəbistanının rəsmiləri qarşıdakı 5 ay ərzində diplomatik əlaqələrin qurulacağını deyiblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar