SON XƏBƏRLƏR

Avropa Birliyi: "İran nüvə silahlarının yayılması təhlükəsini artırıb"

2023.09.26, 11:16
Avropa Birliyi: "İran nüvə silahlarının yayılması təhlükəsini artırıb"

Avropa Birliyi İranın nüvə yolunda irəliləməsi ilə regionda nüvə silahının yayılması riskinin artdığını deyib.

Gunaz.tv

Bu barədə AB  Beynəlxalq Atom Enerjisi Agentliyinin ümumi konfransındakı bəyanatında xəbərdarlıq edib.

Bəyanatda İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün diplomatik və siyasi səylərin davam etdirilməsini vurğulanıb.

"İranın nüvə silahı əldə etmək yolunda irəliləyişinin intensivləşməsi nəticəsində regionda nüvə silahının yayılması təhlükəsi artıb",- AB-nin bəyanatında qeyd edilib.

Qeyd edək ki, İran MAQATE-nin uranın zənginləşdirilməsi obyektlərini təftiş edən bir neçə müfəttişinin akkreditasiyasını ləğv edib.

İran prezidenti İbrahim Rəisi iki gün əvvəl CNN xəbər şəbəkəsi ilə söhbətində uranın nüvə silahı istehsalına yaxın səviyyəyə qədər zənginləşdirilməsini müdafiə edib.

O, bunu “2015-ci ildə nüvə proqramına üzv olan Avropa ölkələrinin razılaşma tələblərinə əməl etməməsinə cavab" kimi qiymətləndirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar