SON XƏBƏRLƏR

“İranla bir neçə ay öncə razılaşmanın icrası prosesi qanaətxəş deyil”- Agentliyin baş katibi

2023.09.26, 11:37
“İranla bir neçə ay öncə razılaşmanın icrası prosesi qanaətxəş deyil”- Agentliyin baş katibi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi Rafael Qrosi təxminən 6 ay öncə İranla Agentliyin bağladığı razılaşmanın icrası prosesinin qanaətxəş olmadığını deyib.

Gunaz.tv

“Tehranla Agentlik arasında bir neçə ay öncə razılaşmdan gözləntilərim üzrə irəliləyiş olmayıb.”  Bunu Qrosi Avstriyanın paytaxtı Viyanada sentyabrın 25-də Agentliyin keçirdiyi 67-ci ümumi toplantıda deyib.

“İllər ötüb, lakin  Nüvə Silahlarının Yayılmasına Qarşı Konvensiya (NPT) üzrə İranın öhdəlikləri barədə razılaşdırılmış protokolda mövcud önəmli məsələlər hələ də həll olunmaz qalıb.”

Xatırladaq ki, Qrosi həmçinin sentyabrın 11-də Tehran tərəfindən həmin protokolun icra olunmadığını tənqid edib. 

“Tehran xalqın razı qalması səviyyəsinin və yaşam keyfiyyətinin artırılması məqsədi ilə nüvə proqramını davam etdirəcək.”-deyə İranın Nüvə Enerjisi Təşkilatının sədri Məhəmməd İslami də Agentliyin ümumi toplantısında çıxışı zamanı bildirib.

Qeyd edək ki, İslaminin qeyd etdiyi “xalqın yaşam keyfiyyətinin artırılması” məsələsi uranın 60 faiz deyil,çox az miqdarda olaraq 7-20% arasında zənginləşdirilməsi ilə də təmin oluna bilər.

Bu miqdara isə Amerika, Avropa Ölkələri və BMT tamamilə razılıq verir.

Lakin İranın bu həddi aşması onun nüvə proqramının tamamilə hərbi və başqa sözlə nüvə silahına çatmaq istəyinə dəlalət edir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar