SON XƏBƏRLƏR

Zəngəzur dəhlizinin açılması üçün əlimizdən gələni edəcəyik

2023.09.26, 14:24
Zəngəzur dəhlizinin açılması üçün əlimizdən gələni edəcəyik

Quru və dəmir yolları ilə Naxçıvan, eləcə də Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqə qurmağımız münasibətlərimizi daha da gücləndirəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Gunaz.tv

“Bu güclü əlaqə sayəsində bir çox məsələdə qət etdiyimiz məsafəni bir qədər də artıracağıq.

Bu səbəblə bir an öncə bu koridorun (Zəngəzur dəhlizinin) açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik.

Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu koridorun reallaşması stratejidir və mütləq tamamlanmalıdır.

Bu koridor açıldığında Bakıdan yola çıxan avtomobil, yaxud da qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha çox güclənəcək.

İrandan da bu məsələ ilə bağlı müsbət siqnalların gəlməsi sevindiricidir”, - Ərdoğan qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar