SON XƏBƏRLƏR

Putin oktyabrda Qırğızıstana səfər etməyi planlaşdırır

2023.09.26, 15:24
Putin oktyabrda Qırğızıstana səfər etməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin oktyabrda Qırğızıstana səfər etməyi planlaşdırır. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Gunaz.tv

Onun sözlərinə görə, Putin Qırğızıstanda Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır.

Peskov bir gün əvvəl Putinin Lukaşenko ilə telefon danışığı apardığını da təsdiqləyib.

Qeyd edək ki, gələn ay Putin Çinə də səfər edəcək. Kremlin açıqladığı məlumata görə, Rusiya prezidenti Çin lideri Si Cinpinin dəvəti ilə "Bir kəmər, bir yol" forumunda iştirak edəcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar