SON XƏBƏRLƏR

Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

2023.09.27, 14:39
Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 1 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

Gunaz.tv

Yanacaqla dolu avtomobil sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməniəsilli sakinlərin nümayəndələrinin bölgəyə yanacaq verilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

Bundan öncə də SOCAR-a məxsus yanacaqla dolu 4 nəqliyyat vasitəsi ilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar