SON XƏBƏRLƏR

Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür

2023.09.27, 15:05
Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür

Ermənilərin Azərbaycanın Qarabağ bölgəsindəki daha bir “abidəsi” yerindən götürülür.

Gunaz.tv

Bildirilib ki, Ağdərə ərazisində yerləşdirilən və ermənilərin abidə kimi ziyarət etdiyi Piyadanın Döyüş Maşını - BMP sökülür.

Qeyd edək ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Azərbaycan Ordusunun vurduğu həmin BMP sonralar Ağdərədə abidə kimi yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl ermənilərin Şuşanın girişinə yerləşdirdiyi, vaxtilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun vurduğu “T-72” tankının abidəsi də sökülərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar