SON XƏBƏRLƏR

Amerika 3 Çin müəssisəsini Uyğurların İcbari Əməyindən İstifadə Edən Müəssisələr Siyahısına salıb

2023.09.27, 15:18
Amerika 3 Çin müəssisəsini Uyğurların İcbari Əməyindən İstifadə Edən Müəssisələr Siyahısına salıb

ABŞ bildirib ki, Çin uyğur xalqının böyük bir hissəsini və Uyğurustanda yaşayan digər müsəlman azlıqları İcbari Əmək Düşərgələrində saxlayır.

Gunaz.tv

Amerika sentyabrın 26-da bəyanatla çıxış edərək 3 Çin müəssisəsini Uyğurların İcbari Əməyindən İstifadə Edən Müəssisələr siyahısına saldığını bildirib.

Bu hərəkətdə məqsəd icbari əmək yolu ilə istehsal olunan əmtəələrin Amerikaya idxalının dayandırılmasıdır.

“Həmin 3 cəmiyyət Çinin Sincan Əyalətində yerləşir, parça və paltar istehsalı üzrə fəaliyyət göstərir.”-deyə Amerikanın bəyanatında qeyd olunub.
آمریکا سه شرکت چینی را به فهرست موسساتی افزود که از کار اجباری ترک‌های اویغور استفاده می‌کنند

Vurğulayaq ki, 2021-ci ildə qərara alınmış “Uyğurların İcbari Əməyindən İstifadə Edən Müəssisəslərlə Ticarətə Qadağa Siyahısı” Qanununa əsasən Uyğurustan Əyalətində istehsal olunan  və ya bu siyahıya salınmış cəmiyyətlərin vasitəsi ilə əmtəələrin idxalı qadağandır.
نهادهای بین المللی دولت چین را متهم می‌کنند که چین بیش از یک میلیون نفر از ساکنان منطقه سین‌کیانگ را در اردوگاه‌های کار اجباری بازداشت کرده است. 

Qanunun məqsədi Sincan Muxtar Dövləti ilə eyni istiqamətdə hərəkət edərək uyğurları, qazaq, qırğız kökənliləri və sair etnikləri işlətməklə  bölgədən çıxaran cəmiyyətləri və müəssisələri aşkarlamaqdır. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar