SON XƏBƏRLƏR

Rusiya İsveçə nota verib

2023.09.28, 11:27
Rusiya İsveçə nota verib

Rusiyanın İsveçdəki səfirliyi bu ölkənin şimalındakı Karlsvik rayonunda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktı ilə əlaqədar Krallığın Xarici İşlər Nazirliyinə (XİN) nota verib. TASS xəbər verir ki, bu barədə diplomatik missiya teleqram kanalında məlumat yayıb:

Gunaz.tv

“Biz öz tərəfimizdən İsveç XİN-ə müvafiq nota verdik. Abidənin ilkin görkəminə qaytarılması, hadisənin araşdırılması, günahkarların tapılıb cəzalandırılması, İsveçdə sovet dönəminin hərbi məzarlarının təhlükəsizliyinin təmin edilməsini tələb edirik”.

Səfirlik hadisənin təfərrüatlarını açıqlamayıb. Güman edilir ki, abidə boya ilə rənglənib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar