SON XƏBƏRLƏR

Paşinyan: "Yaxın günlərdə Qarabağda erməni qalmayacaq"

2023.09.28, 11:55
Paşinyan: "Yaxın günlərdə Qarabağda erməni qalmayacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsindən könüllü surətdə çıxan ermənilərlə bağlı açıqlama verib. O, hökumətin iclasında çıxışı zamanı qeyd edib ki, yaxın günlərdə Qarabağda erməni qalmayacaq.

Gunaz.tv

O, iddia edib ki, guya hazırkı köç, etnik təmizləmədir, ermənilər Qarabağdan çıxarılırlar.

Halbuki, bölgəni könüllü surətdə tərk edən Qarabağın onlarla erməni sakini jurnalistlərə verdiyi müsahibələrdə heç bir təzyiq və təhdidlə üzləşmədiyini bəyan edir.

Qeyd edək ki,  Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bu gün Qarabağdan ölkəsinə 65 mindən çox erməninin  köçdüyünü iddia edib. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar