SON XƏBƏRLƏR

İranın Suriyada mövqelərinə həmlə olunub

2023.10.03, 11:44
İranın Suriyada mövqelərinə həmlə olunub

Suriyanın opozision mediyası İrana bağlı hərbi birləşmələrin mövqelərinə İsrailin həmlə etdiyini bildirib.

Gunaz.tv

Suriyanın şərqində yerləşən Deyr Əzzövr bölgəsində mövqelərə həmlədə 2 suriyalı hərbçi yaralanıb. Havadan həmlələrin biri İraqla Susiya sərhəddinə yaxın Əbukamal saytına, digərləri isə Əlməyadin və Deyr Əzzövr şəhərlərinə yaxın mövqelərə olunub. 

Habelə Suriyanın opozision mediyası həmin bölgələrdə İraq-Suriya sərhəddi boyunca dəmir yolunun, Livan Hizbullahına məxsus bir radar sistemi və SEPAH-a məxsus hərbi qüvvələrin təmini binasının həmləyə məruz qaldığını bildirib.

Qeyd edək ki, İran İraq-Suriya marşrutu ilə Livan Hizbullahına hərbi sursat çatdırması nəticəsində Körfəz bölgəsində, Yəmən, İraq və sair yerlərdə olduğu kimi habelə bu bölgədə sabitlik pozulur. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar