SON XƏBƏRLƏR

Avropa alternativ yeni dəhliz planını açıqlayıb

2023.10.03, 14:02
Avropa alternativ yeni dəhliz planını açıqlayıb

Açıqlanmış dəhliz Rusiya və İrandan ötməyərək Orta Asiya ölkələrini Avropaya birləşdirəcək.

Gunaz.tv

Dəhliz Qərb və Şərq arasında iqtisadi körpü rolu oynayacaq. Həmçinin salınması xərcinin 40%-i olaraq 120 milyar dollar Avropa Bankı tərəfindən ödəniləcək. Dəhlizin 2030-cu ilədən öncə bitiriləcəyi planlaşdırılıb.

Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan Almaniya ilə birgə bu barədə bayanat yayıblar. Bəyanatda Ukraynaya təcavüzunə görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara riayət olunması vacibliyini vurğulanıb.  Ona görə də Rusiya bu dəhliz planından kənarlaşdırılıb. 

Bəyanata əsasən,  Orta Asiya ölkələri də yaxşı gələcək naminə Ermənistan kimi Rusiyaya tabe olmağa qarşı çıxıblar.

Dəhliz Qazaxıstan, Xəzər Dənizi, Azərbaycan, Gürcüstan və Qara Dəniz vasitəsi ilə Türkiyə,  oradan da beynəlxalq sulara çatacaq. 

Qeyd edək ki, həmin dəhlizin salınması məqsədlərindən biri də insan haqlarını pozduğuna, bölgədə qonşularına ərazi iddiaları və aqresiv siyasətinə görə Çinin təcrid olunmasıdır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar