SON XƏBƏRLƏR

Ərdoğan Qərbi ikili standartlarda qınayıb

2023.10.03, 15:54
Ərdoğan Qərbi ikili standartlarda qınayıb

"Beynəlxalq ictimaiyyətin başsağlığı Türkiyənin terrorla mübarizəsinin uğurla başa çatması üçün kifayət deyil". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasında keçirilən “Dövlət Tədris Qurumu"nun açılış mərasimində çıxışı zamanı deyib.

Gunaz.tv

O bildirib ki, Türkiyə əli qana batan terrorçulara qarşı mübarizə aparır: "Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Türkiyənin təhlükəsizliklə bağlı narahatlqılarını nəzərə almır.

Halbuki, məsələ öz təhlükəsizliklərindən gedəndə heç bir sərhəd tanımırlar. Bu, ikili standartdır”.

Türkiyə lideri beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar