SON XƏBƏRLƏR

İranda baş redaktor həbs edildi

2023.10.04, 10:43
İranda baş redaktor həbs edildi

Gilan əyalətinin Masal şəhərində yaşayan və "Masal niyus" saytının baş redaktoru, jurnalist Səccad Rüstəmzadə həbs edilib.

Gunaz.tv

Bu barədə hüquq müdafiəçiləri məlumat yayıb.

Onun kiber polis tərəfindən idarəyə çağırılmasından  sonra Masal prokurorunun şikayəti əsasında həbs edildiyi bildirilib.

Jurnalistin mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon və komputerlər müsadirə edilib.

Tənqidi yazılar dərc etdiyinə görə saxlanılan Səccad Rüstəmzadənin hara aparıldığı barədə məlumat verilməyib.

Qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı hesabata görə, son bir il ərzində İranda 100 jurnalist həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar