SON XƏBƏRLƏR

İranlı-amerikalı vətəndaş sanksiyaları aşmaq üçün İrana köməklik edib

2023.10.04, 13:07
İranlı-amerikalı vətəndaş sanksiyaları aşmaq üçün İrana köməklik edib

Amerikanın Ədliyyə Nazirliyi əsli İrandan olan amerika vətəndaşını sanksiyaları aşmaq üçün İrana köməklikdə ittiham edib.

Gunaz.tv

70 yaşlı Farhad Nafeyi İrana rabitə cihazları proqramlarını satmaqla “Beynəlxalq Güclərin Fövqəladə-İqtisadi Konvensiyası”-nı pozmaqda ittiham olunub. 

Konvensiya 1977-ci ildə qərara alınıb və Amerika prezidentinə fövqəladə hal elan edərək beynəlxalq ticarət qaydalarının tənzimləməsinə müdaxiləni mümkün edir.

“İrana Amerika məhsulları ixracı,  həmçinin bu ölkəyə xidmətlərin göstərilməsi Amerikanın İrana qarşı sanksiyaları sırasındadır. 

Məhkəmə sənədlərinə əsasən Farhad Nafeyi iranlı olmayan rabitə cəmiyyətlərində məsləhətçi işləməklə İranla alış-veriş sahəsində fəaliyyət göstərib. O, peşə səlahiyyətini aşaraq İrana rabitə cihazları proqramlarını birbaşa satıb. 

Nafeyi qanun pozuntusunu etiraf edərək İranla alış-veriş məbləğinin 400 yüz min dollar civarında olduğunu bildirib. ”-deyə Amerikanın Ədliyyə Nazirliyi bu barədə yaydığı bəyanatında vurğulayıb. 

Qeyd edək ki, fars opozisionu İranın dini hakimiyyətinə zidd olsa da,  bu xalqın hegemonluğunu təmsil və təmin edən İran hakimiyyətinə sanksiyaları aşmaqda müxtəlif yollarla və qabaqcıl texnologiyalar üzrə köməklik edir. 

Bu prosses isə əsasən ikili vətəndaşlığı olan və yaxud Amerikada doğlulmuş İran kökənli vətəndaşların vasitəsi ilə həyata keçirilir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar