SON XƏBƏRLƏR

31 il əvvəl Daşaltıda itkin düşən şəhid Veysəl Qasımovun qalıqları II Fəxri xiyabanda dəfn olunub

2023.10.04, 13:21
31 il əvvəl Daşaltıda itkin düşən şəhid Veysəl Qasımovun qalıqları II Fəxri xiyabanda dəfn olunub

Birinci Qarabağ müharibəsində, Şuşa rayonunun Daşaltı kənində gedən döyüşlərdə itkin düşmüş Veysəl Qasımovun nəşinin qalıqları dəfn edilib.

Gunaz.tv

Veysəl Qasımovla Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən evində vida mərasimi keçirilib.

Daha sonra şəhidin nəşinin qalıqları İkinci Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Veysəl Qasımovun qalıqları 31 il sonra Daşaltıda aşkarlanıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar