SON XƏBƏRLƏR

"Amerika SEPAH-dan müsadirə olunmuş 1.1 milyon mərmini Ukraynaya göndərib"- ABŞ Komandanlığı

2023.10.05, 11:34
"Amerika SEPAH-dan müsadirə  olunmuş 1.1 milyon mərmini Ukraynaya göndərib"- ABŞ Komandanlığı

Amerikanın Mərkəzi Komandanlıq Qərargahı (AMKQ) ölkənin dəniz qüvvələrinin zəbt etdiyi SEPAH-a məxsus 1 milyon 100 min müxtəlif silahların mərmilərini Ukraynanın silahlı qüvvələrinə göndərdiyini bildirib.

Gunaz.tv

Qərarganın bəyanatına istinadən Amerika həmin sursatı Körfəzdə bayraqsız hərəkət edən gəmidən 2022-ci ilin noyrbarında zəbt edib. 

SEPAH Yəmən barədə BMT-nin Təhlükəsizlik Şurasının 2216 nömrəli qətnaməsini pozmaqla mərmiləri himayəsində olan üsyançı Husi silahlılarına göndərirmiş.

Xatırladaq ki, Amerikanın Ədliyyə Nazirliyi cari ilin mayında onların zəbt olunması barədə hökm çıxarıb. 
بخشی از محموله سلاح و مهمات توقیف شده سپاه پاسداران ایران که ارتش آمریکا مدعی است دسامبر ۲۰۲۲  برای حوثی‌های یمن ارسال شده بود

“Hərbi birləşmələrin İran tərəfindən dəstəklənməsi bölgə və beynəlxalq təhlükəsizliyi pozur və bölgədə Amerika vətəndaşları, diplomatları və ortaqlarına potensial hədə törədir. 

Bu ölkənin sabitliyi pozan fəaliyyətlərinin qarşısını alamq üçün bütün cəhdlərimizi edəcəyik.”-deyə Komadanlıq yaydığı bəyanatında vurğulayıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar