SON XƏBƏRLƏR

Şolts: ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyinə əminəm

2023.10.05, 11:37
Şolts: ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyinə əminəm

ABŞ Konqresinin Ukraynaya zəruri dəstəyi göstərəcəyinə çox əminəm. “Reuters“ xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bolqarıstan Baş naziri Nikolay Denkovla Berlində görüşü zamanı deyib.

Gunaz.tv

O, məsələni Prezident Co Baydenlə müzakirə etdiyini qeyd edib.

“Konqresin bu dəstəyin önəmli olduğunu düşünən çox sayda həm demokrat, həm də respublikaçı üzvü var və böyük əksəriyyət bunun lehinədir.

Ona görə də mən Ukraynaya dəstək üçün əlavə maliyyənin sürətlə təsdiqlənməsində siyasi prosesin uğurlu olacağına əminəm.

Bu çətin prosesdir, lakin mən əminəm ki, alınacaq. Mən bunu dünən Co Baydenlə də müzakirə etmişəm. Bildiyiniz kimi, mən bir neçə dövlət və hökumət başçısı ilə birlikdə bunu onunla telefonda müzakirə etdim.

Prezidentin mesajı bu idi ki, bu məsələdə gələcəkdə də ABŞ-a arxalanmaq olar”, - Şolts deyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar