SON XƏBƏRLƏR

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Zəngəzur dəhlizinə qarşı çıxdı

2023.10.05, 14:09
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Zəngəzur dəhlizinə qarşı çıxdı

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi İranın Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcəyini deyib.

Gunaz.tv

O, bu barədə yerli mediaya müsahibəsində bildirib.

"Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngzor dəhlizinin açılmasının heç bir əsası yoxdur",- Xərazi deyib.

O, iddia edib ki, Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün olub.

"Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün, artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etmək üçün heç bir əsası yoxdur",- Xərazi deyib.

Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar