SON XƏBƏRLƏR

"İrana qarşı raket sanksiyaları davam etdiriləcək"- Amerika

2023.10.05, 14:21
"İrana qarşı raket sanksiyaları davam etdiriləcək"- Amerika

İrana qarşı raket sanksiyaları müddətinin bitməsi ərəfəsində Vaşinqton öz səlahiyyətlərindən istifadə etməklə sanksiyaları davam etdirəcəyini açıqlayıb.

Gunaz.tv

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının 2015-ci ildə qətiləşmiş 2231 nömrəli qətnaməsinə əsasən nüvə silahı daşıya bilən raketlər üzrə fəaliyyətlər İrana qadağan olunub. 

Həmçinin İrandan “ballistik raketlər texnologiyasından istifadə edərək uzaya hər hansı fırlatmalar” üzrə fəaliyyətlər etməyəcəyi tələb olunub.

Xatırladaq ki, qətnamə üzrə İrana qarşı raket sanksiyalarının müddəti cari ilin oktyabr ayının 18-də bitir.

Amerika XİN sözçüsü həmin sanksiyaların vaxtının uzadılması barədə sualı cavablandırıb.

“Amerika hələ də İran tərəfindən raket və PUA kimi hərbi silahların inkişaf etdirilməsinin qarşısını almağa gərəkən təzyiq vasitələrinə malikdir. 

Biz malik olduğumuz sanksiya səlahiyyətlərimzə dayanaraq İranın bu sahədə cavabdeh olunmasını davam etdirəcəyik.”-deyə Vedant Patel açıqlayıb.

Həmçinin 3 Avropa ölkəsi- İngiltərə, Fransa və Almaniya oktyabrın 18-də İrana qarşı raket sanksiyalarını davam etdirəcəklərini bildiriblər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar