“Biz Rusiya Federasiyasını beynəlxalq öhdəliklərinə hörmət etməyə, Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də bağlanmış atəşkəs sazişini yerinə yetirməyə və Gürcüstanın ayrılmaz bölgələrinin qanunsuz işğalını dayandırmağa çağırırıq.
Bu cür əməllər Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması anlamına gəlir. Bu həm də Abxaziya və Tsxinvali regionlarının qanunsuz işğalının legitimləşdirilməsi istiqamətində növbəti təxribat cəhdləridir.
Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”, - deyə qurumun mətbuat xidmətinin bəyanatında bildirilib.