SON XƏBƏRLƏR

“ Qanun qəbul etməklə azadlığı məhdudlaşdırmaq olmaz”- iranlı vəkil

2023.10.05, 16:25
“ Qanun qəbul etməklə azadlığı məhdudlaşdırmaq olmaz”- iranlı vəkil

“Ölkənin 7-ci İnkişaf Proqramı Qanunun 75-ci maddəsi xalqın konstitusiyada qeyd olunmuş hüquqlarına ziddir". Bunu iranlı vəkil Mahmud Əlizadə Tabatabai deyib.

Gunaz.tv

“Xalqın gündəlik yaşamı ilə bağlı informasiya toplamaq  və onlardan müəyyən məqsədlər üçün istifadə etmək düzgün deyil. Dünya ölkələrinin heç birində qanun qəbul olunmaqla  xalq barədə informasiya toplamaq faktı yoxdur.

Təhlükəsizlik barədə informasiyaların toplanması üçün qanun qəbul olunmasına ehtiyac yoxdur. Təhlükəsizlik orqanları istədikləri informasiyanı toplaya bilir. Həmin qanunun 75-ci maddəsi dolayısı ilə xalqa çatdırır ki, sizin ən kiçik hərəkətinizə belə dəqiq nəzarət olunur. 

Bu isə arada olan hörtmət-ehtiram sərhədini pozmaqdır. Belə qanunların hazırlanması xalqın təməl hüquqlarına ziddir. Konstitusiyada deyilir ki, ölkənin heç bir rəsmisi qanun və qaydalar təlif etməklə xalqın legitim azadlıqlarını poza bilməz.

Lakin çox hallarda qanun layihələri hazılanmaqla xalqın azadlıqları pozulub. Şəxslərin xüsusi sərhədləri toxunulmazdır. Heç bir şəxs və yaxud ölkə rəsmisi vətəndaşların xüsusi sərhədlərinə keçmə haqqına malik deyil. 

Ölkənin 7-ci İnkişaf Proqramı Qanunun 75-ci maddəsi xalqın təməl azadlıqlarına tamamilə ziddir.”-deyə vəkil tənqid edib. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar