SON XƏBƏRLƏR

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib

2023.10.06, 12:00
Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.

Gunaz.tv

Müzakirələrdən sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Bəyanatda bildirilir ki, Milli Məclis 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli qətnamə qəbul etməsinə qəti etirazını bildirir: “Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur.

Yaxşı olar ki, Avropa Parlamenti daha köklü problemləri ilə məşğul olsun. Qəbul edilən qətnamə islsmafob deputatların təşəbbüsü əsasında hazırlanıb.

Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 %-nin 30 ildən çoxdur işğal altında olmasına etinasızlıq göstərən Avropa Parlamentinin qondarma qurumun müdafiəsinə yönələn belə qətnaməni qəbul etməsi separatizmə dəstək verməkdir.

Fransa regionda sülhün əldə olmasına başlıca maneəyə çevrilib. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi müstəmləkəçilik siyasətinin təzahürüdür.

Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdıqdan sonra Avropa Parlamentinin onu dəstəkləməsi siyasi riyakarlıqdan xəbər verir”.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar