SON XƏBƏRLƏR

BMT İranda etniklərə qarşı ayrı-seçkiliyi qınayıb

2023.10.06, 13:29
BMT İranda etniklərə qarşı ayrı-seçkiliyi qınayıb

BMT-nin baş katibi Antonio Quterreş İranda 2022-ci ilin sentyabrından 2023-cü ilin həmin ayadək müddəti əhatə edən insan haqları üzrə hesabat barədə danışıb.

Gunaz.tv

“İran hakimiyyəti etinaklərə və dini azlıqlara qarşı sistemli şəkildə ayrı-seçkilik və təcrid edilmə siyasəti yürüdür. Ölkənin həbsxanalarında siyasi bəluç və ərəb məhbuslar əksəriyyət təşkil edir. 

Cəmiyyətin sair etnikləri ilə müqayisədə onların məhbus sayı yüksəkdir.”-deyə  Antonio Quterreş bildirib.

Baş katibi həmçinin həmin zaman kəsiyində etirazçıların saxlanılmasını, qadınlara qarşı ayrı-seçkiliyi, edamların artdığını qınayıb. 

 “2023-cü ilin ilk 7 ayında azı 419 nəfər edam olunub. Ötən illə müqaisədə edam 30 faiz artıb. Həmçinin qadın və qızlara qarşı sistemli ayrı-seçkilik tətbiq olunur. Müxtəlif yollarla təzyiq olunur. 

İran bu hərəkətləri dayandırmalı və edamlara son qoymalıdır.”-deyə BMT-nin baş katibi Quterreş vurğulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar