SON XƏBƏRLƏR

İsrail xəstəxananı vurduğu barədə iddiaları rədd edib

2023.10.18, 13:49
İsrail xəstəxananı vurduğu barədə iddiaları rədd edib

“Qəzzanın Əl-Əhli Xəstəxanasına Fələstin İslami Cihad Təşkilatının atdığı raket dəyib”. Bunu İsrail Ordusunun sözçüsü deyib.

Gunaz.tv

Ordunun sözçüsü Daniel Haqari həmin xəstəxananın partlamasında İsrailə qarşı iddiaları rədd edərək buna məsuliyyəti İslami Cihad Təşkilatının daşıdığını bildirib. 

Haqarı sözlərinin sübutu kimi İsrailin hərbi hissələrinin əlinə keçmiş sənədlərə istinad edib. 

“Biz HƏMAS-ın 2 komandirinin Qəzzanın Əl-Əhli Xəstəxanasına İslami Cihad Təşkilatının atdığı raketin dəydiyi barədə danışıqlarının səs yazısını nəşr etmişik. 

O günlərdə atəş edilmiş 400 raket həmin bölgəyə düşüb. Xəstəxananın partladığı vaxt İsrail qüvvələri əməliyyat aparmırdı”-deyə Haqari vurğulayıb.

Bununla əlaqəli olaraq Taymz Of İsrail qəzeti bir PUA vasitəsi ilə götürülmüş şəkillərə istinadən bildirib ki, xəstəxana vurulandan sonra güclü yanğın olub, heç bir çuxur yaranmayıb. 

İsrail ordusunun həmələrində isə iri çuxurlar yaranır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar