SON XƏBƏRLƏR

İbrahim Rəisi xəstəxananın vurulmasına görə İsraili hədələdi

2023.10.18, 15:15
İbrahim Rəisi xəstəxananın vurulmasına görə İsraili hədələdi

İran Prezidenti İbrahim Rəisi Qəzza zolağında xəstəxananın bombalanmasında İsrail və ABŞ-ı günahlandıraraq qisasla təhdid edib.

Gunaz.tv

O, bu barədə özünün X hesabında yazıb.

“Bu gecə Qəzzada Əl-Muamdani (Əl-Əhli) xəstəxanasında yaralı fələstinli qurbanların üzərinə atılan Amerika-İsrail bombalarının alovu tezliklə sionistləri bürüyəcək”, - Rəisi yazıb.

Qeyd edək ki, dünən Qəzzadakı xəstəxananın raketlə vurması nəticəsində 800-dən çox mülki insanın həyatını itirdiyi deyilir. 

İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib.

Rəsmi Təl-Əviv BMT Təhlükəsizlik Şurasının bu gün keçirilməsi planlaşdırılan iclasının iştirakçılarına xəstəxanaya hücumda iştirak etmədiyini sübut edən məlumatlar, o cümlədən müxtəlif videolar təqdim edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar