SON XƏBƏRLƏR

İranın silah və nüvə proqramı ilə bağlı şəxslərə və qurumlara sanksiya tətbiq edilib

2023.10.19, 11:38
İranın silah və nüvə proqramı ilə bağlı şəxslərə və qurumlara sanksiya tətbiq edilib

Amerika və Avstraliya İranın ballistik raket, PUA və nüvə proqramı ilə bağlı onlarla şəxsə və quruma sanksiya tətbiq edib.

Gunaz.tv

Bu yeni sanksiyalar BMT-nin Təhlükəsizlik Şurasının silah sanksiyaları vaxtının oktyabrın 18-də bitməsinə təsadüf edir.

Amerikanın Maliyyə Mazirliyi İranın ballistik raket və PUA fəaliyyətlərində köməklik etmiş İranda, Honq-Konq, Çin və Vensuelada 11 şəxsə, 8 qurum və 1 gəmiyə sanksiya tətbiq edib. 

Elektro Optik Sairan, Rabitə Sənayesi Texnoloqları, Kiş Sabrin, Sepahan Sərməd Elektronik, Qüds Hava Sənayesi və Rayan Roşd Əfzar Cəmiyyəti sanksiyalar siyahısına salınıb.

Həmçinin şəxs olaraq İranın müdafiə naziri Məhəmmədrza Aştisani, nazirin müavini Hüccətullar Qüreyşi, İranın Venesuelada hərbi vasitəçisi Cabbar Reyhani və İranın Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr müdiri Həmzə Qələndəriyə sanksiya tətbiq olunub.

ABŞ-ın maliyyə naziri Bryan Nelson dünya ictimaiyyətini İranın PUA və hərbi sənayesinə qarşı Amerika kimi davranmağa çağırıb.

Habelə Avstraliyanın Xarici İşlər Nazirliyi bəyanat nəşr edərək İranın nüvə və ballistik raket proqramlarında rolu olan İranın 19 şəxsi və 57 qurumuna sanksiya qoyduğunu bildirib  

Bəyanatda İrandan artan nüvə fəaliyyətlərini dayandırmaq və nüvə öhdəliyinə tam bağlı qalması tələb olunub. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar