SON XƏBƏRLƏR

46 ölkə İrana qarşı sanksiyaların davam etdirilməsini dəstəklədi

2023.10.19, 15:19
46 ölkə İrana qarşı sanksiyaların davam etdirilməsini dəstəklədi

BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah sanksiyalarını məhdudlaşdıran 2231 saylı qətnaməsinin müddətinin bitməsi ilə eyni vaxtda bəyanat yayarq, Tehrana qarşı raket sanksiyalarının davam etdirilməsini tələb ediblər.

Gunaz.tv

Bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İranın raket proqramı kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün ən böyük beynəlxalq problemlərdən biri olaraq qalır. Bu gün İran Yaxın Şərqdə ən böyük ballistik raket ehtiyatına malikdir və onun raket proqramı region ölkələri ilə yanaşı başqa ölkələr üçün təhlükə yaratmaqda davam edir",- bəyanatda bildirilib.

Demək olar ki, bəyanat bütün Qərb ölkələri, bir neçə Yaxın Şərq ölkəsi, Şərqi Asiya, Afrika və Cənubi Amerikanın bəzi ölkələri tərəfindən imzalanıb.

Qeyd edilib ki, İranın raket və pilotsuz uçan aparat texnologiyaları beynəlxalq sabitliyi təhlükə altına alır və regional gərginliyi artırır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar