Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.