SON XƏBƏRLƏR

Naxçıvanda Türkiyə-Azərbaycan birgə təliminə hazırlıq məşqləri keçirilir

2023.10.20, 10:28
Naxçıvanda Türkiyə-Azərbaycan birgə təliminə hazırlıq məşqləri keçirilir

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq məşqləri davam edir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Gunaz.tv

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə keçirilən birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

Qeyd edək ki, təlimlər 23-25 oktyabr tarixlərində keçiriləcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar