SON XƏBƏRLƏR

Bayden İsraili təhdid edənlərə xəbərdarlıq etdi: Cavab veriləcək!

2023.10.20, 12:19
Bayden İsraili təhdid edənlərə xəbərdarlıq etdi: Cavab veriləcək!

ABŞ prezidenti Co Bayden HƏMAS və Rusiyanı dəstəklədiyinə görə İranı məsuliyyətə cəlb etməyə davam edəcəklərini deyib.

Gunaz.tv

O, bu barədə Ağ Evdə etdiyi çıxışında bildirib.

Prezident bir daha İsrailin yanında olduqlarını və bu ölkəyə qarşı təhdidlərə cavab verəcəklərini deyib.

"İran Ukrayna müharibəsində Rusiyaya dəstək verməklə yanaşı, HƏMAS və regiondakı digər terror qruplaşmalarını da dəstəkləyir. Biz onları məsuliyyətə cəlb etməyə davam edəcəyik",- Bayden qeyd edib.

O, bölgədəki qüvvələrə xəbərdarlıq edərək İsrailin hər zamankından daha güclü olduğunu söyləyib və buna görə də, onları gərginliyi genişləndirməməyə çağırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar